Verse1:
Əlində ölməliydim,
Səni görməliydim
Və sonra öpməliydim
Çünki quranı sevdiyim kimi sevdim səni
Bağımlının narkotiki sevdiyi kimi sevməliydim
Sadəcə bunu bilməliydin
Ağlamaq yaraşmır yəni gülməliydin
Anaların övladını sevdiyi kimi sevdim səni
Sərxoşların içkilərini sevdiyi kimi sevməliydin
Hər dəqiqə səni görməliydim
Ürəyivin yarısını bil mənimlə bölməliydin
Səhərin gün doğuşunu sevdiyi kimi sevdim səni
Korların qaranlığı sevdiyi kimi sevməliydin
Seçməliydin,yəni sənə keçməliydim
Gecələri sezməliydim,yəni sənə getməliydim
Torpağın cəsədlərisevdiyi kimi sevdin məni
Ölən adamın son gününü sevdiyi kimi sevməliydin
Nəqarət:
Könlüm səninəsirin
Qəlbim sənindir yar qəlbim sənindir
Söylə nədir bu ədalar, bu işvə,bu naz
Gedər birgün bu gözəllik
Sənə də qalmaz
Verse2:
Sənsizliyin sağlığına şərabı boş badəyə süzməliydim
Niyə varlığın varkən,yoxluğuna dözməliydim
Möminlərin namazı sevdiyi kimi sevdim səni
Şeytanların günahı sevdiyi kimi sevməliydin
Xəyallarımı önümə düzməliydim
Gəmilər batmamalı,əslində üzməliydi
Şairin şerlərini sevdiyi kimi sevdim səni
Xəzərin qız qalasını sevdiyi kimi sevməliydin
Yəni mahnılar özgəlikdi
Sərxoş olub ümidi boğdum dedilər, bölməlikdi
Məhbusun azadlığı sevdiyi kimi sevdim səni
Polisin cinayəti sevdiyi kimi sevməliydin
Saçlarını hörməliydim
Dönüşünü inanki gözləyirdim
Rəsulun arzularını sevdiyi kimi sevdim səni
Dinləyicinin Karatı sevdiyi kimi sevməliydin
Producer: Elvin Mirzabayli
Hiç yorum yok:
Yorum Gönder