13 Temmuz 2015 Pazartesi

Karat ft Tibu - Ala gözlüm

Verse 1: (Karat)
Məni bugün tərk elə nolar, söz yaralar 
Atdığım həblərə görə elə hərgün göz qaralar 

Səni tam unutdum deyərkən, yanımdakı dilənçi 
Allah sevdiyinə qovuşdursun deyə bağırarar 

Gecələr çıxıram özümnən, Sənə gəlirəm 
Ürəyivin pəncərəsini aç qoy biraz eşq dolsun

Nə etsəm də, dönməyəcək bunu bilirəm 

Səni çoxdan itirmişəm tapana eşq olsun 

Tanrı kömək olmur şairlərə tək qalanlara 
Cənnət ölülərə məxsus, cəhənnəm biz qalanlara 
Nolar geriyə dön heçnəyi dərd etmə Söydürmə pis baxanlara 
Yazılan şeirlər yerində qalmalıydı 
Biraz başa düşməlisən yanımda qalmalıydın 
Dedin günah səndə son görüşədə gələ bilmədin 
Bağışla, neyniyim anam xəstə dərman almalıydım 

Nəqarət : 
Ala gözlüm səndən ayrı gecələr 
Bir il kimi uzun olur neyləyim 
Baxçamızda qızıl güllər hər səhər 
Tezdən açır vaxtsız solur neyləyim 

Verse 2: (Tibu)
Nə qədər süzməy olar gecələr 
Damara xətt çəkilir qanlı olur qollar 
Taylarım Publarda içənlərdi, uyanlardı 
Rəfiqə dediklərinin hamısı ara vuranlardı 
Mənə seçim qoyma, mənimlə şərt eləmə 
Dəli şeytan deyir, başın burax bədbəxt eləmə 
İstədiyim yeməyi bişir ev boş olsa 
Bugün gələ bilmiyəcəm, tək yeyərsən nuş olsa 
Ayrılıq bilirəm əzab verir 
Xəyallarım yoxluğunun minbərində əzan verir 
Soruşma məndən qəlbinə necə yol tapdım 
Mənə bu yolun xəritəsini, bu yolda azan verib 
Gözümnən düşdün hədər yerə 
Elə bil ürəyimi 16 mərtəbədən çırpdılar yerə Illərdə tez getdi, qışım gedir yazım gəlir 
O vaxt görüşdüyümüz məktəbdən indi qızın gəlir . 

Producer: Elvin Mirzabayli

Hiç yorum yok:

Yorum Gönder