13 Temmuz 2015 Pazartesi

Karat ft Yap10 - Sarı gəlin

Verse 1: (Karat)
Gəmilər sən tərəfdə sahildədi,mən tərəfdə batır bugün 
Səni görəcəm yuxumda mən icazə ver yatım , 
Soruşdun ki bu qədər şeri niə yazrsan? , 
Ad günüvə hədiyyə almaq istiyirdim şeirlərimi satıb
Səmada gəzərkən mavi şəhər tanıdım 
Çəkməsəmdə adıvı bugün badi şəhər tanıdı,
3 il əvvələ dönsəm əgər yazmazdım 
Şair olmaq istərkən fahişələr tanıdım 
Hər dəfə səni tapmağdan itirdim özümü 
İstəsən qulaq asma, eşitmə heç sözümü 
Sənə son məsləhətim 
Birdə başqalarını qazanmaqçün itirmə özünü 
Uşaq kimi xəyallarıva qaçmaq 
Sevmirsənsə,onda şeirlərimə qaçma 
Qolların yoxmu sənin qadın? 
Hər səni sevirəm deyənə ayağlarını açma 

Nəqarət : 
Saçın ucun hörməzlər 
Gülü qönçə dərməzlər 
Sarı gəlin ( 2 ) 

Verse 2: (Yap 10)
Ağ libasdadı sarı gəlin 
Gecə yarısıdı mənə sarı gəlir 
Ağrılarım var hamısı sənə görə 
Yaxınıma gəlib yaralarımıda sarı gəlin 
Əlbisəsinin rüzgarı gəlir 
Əllərin bədənə tumarı gəlir 
Dodağ dodağa dəyəndə elə bil , donur hər şey
Şikəstənin tarı gəlir 
Var ixtiyarı gəlir, O gələndə fəsilin baharı gəlir 
Bizə şam ,bizə zülmət bəs idi ama,
Indikilərin evi bulvarı gəlir
Kor sevgilinin karı gəlir,
Eşq alınmır intiharı gəlir
Sən elə bir ətir idin ki, 
Inan ona uzağdan,ətrinə arı gəlir
Qəlb evinin memarı gəlir
Yəni sevdiyi gülzarı gəlir
Elə ki,görüşdü gözlər 
Səni mənə,məni sənə verməzlər şüarı gəlir
Sevgiyə qışın qarı gəlir
Sevgililərin qərarı gəlir
Bura sevənə görə deyil amma,gərək bax Bakı uzağlar qatarı gəlir
Eşq yazarı gəlir,onun əvəzinə intizarı gəlir
Həftələr sonra şəklinə baxa - baxa içir dəqiqələr sonra xumarı gəlir
Bunlar xəyal ahuzarı gəlir
Yanına yox ama yuxusuna yarı gəlir
Həmin sevdiyi ölüb illər əvvəl
İndi göz qabağına məzarı gəlir

Producer: Elvin Mirzabayli

Hiç yorum yok:

Yorum Gönder