Verse1:
Neçə sərnişin ötürüb gəmilər?
Yaş üstünə yaş qoydum və görübdə bilər.
Biraz əyləş, heç yerə getmə (məni də gözlə)
Xəyallarımı götürüb gəlirəm
Sol yanımdasan, sadəcə bil istədim
Sadəcə sev istədim
Qayıt deyərkən, niyyətim barışmaq deyil
Elə gözəl getmişdin ki, yenidən get istədim
Tərk etdiyin yerdəm düşdüm izlərinə
Aşiqəm gözlərinə (gözlərinə)
And içirəm, bir gün yalan danışacam
Vursun başımı cəllad, düşsün dizlərinə
Rəsminə baxdım və sonra bilək ülgücü seçməzmi? (Və sonra)
Və sonra torpaq məni sevməzmi?
Yaşadığım hər dəqiqədə ağrı verirsən qadın,
Əlindən başqa heçnə gəlməzmi?
Həmişə gülməyi öyrədərdin
Gözlərinin dərinliyinə dalmağı öyrədərdin
Getməyi yaxşı bilirsənmiş
Kaş, qalmağı öyrədərdin
Şeir dəmlədim və sənə sətir açdım
Yoxluğun ürəyimə sətir açdı
Buludlardan yanaqlarına damlamaq istəmişdim
Yağış sanırdı sadəcə, hər dəfə sətir açdı
Günəş saçlarının yanında solmazmı? (Solmazmı)
Badələr dolmazmı?
Heç vaxt şirin-şirin çıxıb getmə
Əsəbləş amma yanımda qal, olmazmı?
Son hədiyyəmə gülümsədin
Dedim ki, dönər əlbət, dedim ki, başlasa yenə məğrurdur
Parkda əl-ələ gördüm sizi
Ürəyinə zəng elədim, dedi ki, başqasıyla məşğuldu
Nəqarət:
De, mənim günahım nə idi?
Mən sevdim, başqasının oldu, getdi
İndi mən tək-tənha qaldım
Çox heyif, gör kimə yandım
Verse2:
Bizim münaqişə - qızım yoxsa oğlum olsun?
O həmişə qız deyərdi, mənsə oğlum olsun
Nəysə, çox danışmayım qardaş
Bir badə şərab gətir, yanında yoxluq olsun
Ölümə tək getməliydim
Dönüşün olmayacaq, dərk etməliydim
Küçədə qızını gördüm, əl-ələydiz
Dünən Bakını sən tərəfdən tərk etməliydim
Qəlbim yoxluğunda şəhid oldum
Günəşi olmaz adam çəkdim sabahlarıma
Bütün yazdıqlarıma gecələr şahid oldu
Külək qədər də olmadım, toxunum saçlarına
Heç kəs anlamır məni
Nə olar, bir dəfə yada salsan
Əslində başa düşərsən, bəlkə də anladın məni
Sevdiyin qadının bir gün nişanına dəvət alsan.
Producer: Elvin Mirzabayli